Gürcüstanın иaş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ABŞ-ın dövlət katibinin müavini Vendi Şermanla telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik, Gürcüstan və Ukraynanın avratlantik strukturlara inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzində olub.
D.Zalkaliani Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, avratlantik strukturlara inteqrasiyasını dəstəklədiyinə görə ABŞ-a minnətdarlıq edib.
Söhbət zamanı gələcəkdə regional təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrin və dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub.