"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın əski paytaxtı Almatı şəhərinə olan aviareyslərini ləğv edib.
YeniAvropa xəbər verir ki, bu barədə QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildiilib ki, qərar son günlər Qazaxıstanın , eləcə də Mərkəzi Asiyanın ən böyük şəhəri olan Almatıda baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq qəbul edilib.
⠀
“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - deyə məlumatda vurğulanıb.
⠀
Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilir.