logo

“Standard Insurance”in baş ofisi 2 qat ucuzuna təkrar hərraca çıxarılır

14:32 05-01-2022 | icon 3038
“Standard Insurance”in baş ofisi 2 qat ucuzuna təkrar hərraca çıxarılır

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin baş ofisinin satışına dair növbəti hərrac yanvarın 12-də keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə qurumun Ləğvetmə Komissiyasından bildirilib.

"Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac  saat 11:00-da , Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi 4A ünvanında təşkil olunacaq. Hərracda paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 m2-lik ofis binası alıcılara təklif ediləcək.

Əmlak üçün 920 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 9200 manat "beh" kimi ödənilməlidir.

Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

920 000 (doqquz yüz iyirmi min)

9 200 (doqquz min iki yüz)

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:  https://birjanews.az/herrac-elanlar/115

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.