İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dəniz Hospital" MMC-ni dövlət qeydiyyatına alıb.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirlib ki, yeni yaradılan tibb müəssisəsi Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 107A, mənzil 39 hüquqi ünvanında yerləşir.
Şirkətin qanuni təmsilçisi Əbil Yaqub oğlu Tağıyevdir.
"Dəniz Hospital" MMC-nin nizamnamə kapitalı 3,05 milyon manat təşkil edir.