Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Troni İnvestisiya Şirkəti" QSC-yə lisenziya verilib.
YeniAvropa xəbər verir ki, bu barədə AMB-nin yaydığı məlumatda bildirlib.
Qeyd edilib ki, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 12-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti” QSC-ni ötən ilin oktyabr ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B, mənzil 33, nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Rəhman oğlu Əmiraslanovdur.