Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.
YeniAvropa xəbər verir ki, Azərbaycanda 1 iyul 2021 –ci ildən 30 iyun 2022-ci il tarixinədək kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023-cü ildə isə kişilərin pensiya yaşı 65 il, qadınların isə 63 il olacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.