Ukraynanın aşağı büdcəli aviaşirkəti olan “SkyUp” Zaporojye - Bakı - Zaporojye istiqaməti üzrə uçuşlarını ləğv edib.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, buna səbəb Ukrayna Dövlət Aviasiya Xidmətinin “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, bir neçə şəhərdən reys lisenziyasını ləğv etməsidir. Bunların sırasında Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojye şəhərləri yer alır.
Aviaşirkət bundan sonra Zaporojye beynəlxalq hava limanından Zaporojye - İstanbul - Zaporojye (uçuş tezliyi: həftədə dörd dəfə) reysləri üzrə uçuşları da həyata keçirə bilməyəcək. Uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.