2021-ci ildә bank sektorunun sağlamlaşdırılması istiqamәtindә radikal addımlar atılıb, maliyyә dayanıqlığını itirmiş 4 bank sistemdәn kәnarlaşdırılıb. Hәr dörd bank üzrә әhalinin әmanәtlәrinin verilmәsi әsasәn tәmin edilib.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Bankının “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında yer alıb.
Sənəddə qeyd edilib ki, bağlanan 4 bankın 24 mindәn çox әmanәtçisin 615 milyon manat mәblәğindә әmanәt qaytarılıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın - “Atabank” ASC, “Amrah Bank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 30-dan 26-ya enib.
Xatırladaq ki, 2007-ci ilədək Azərbaycanda 45 bank fəaliyyət göstərib.