Yeni ilə könüllülərdən hədiyyələr ilə
Fəaliyyətinin 25 illiyini qeyd etmiş “Azercell Telekom”-un yarandığı ilk illərdən əməkdaşları tərəfindən “Azercell Könüllüləri” adlı xeyriyyə təşəbbüslü böyük bir komanda formalaşdı. Ötən illərdə olduğu kimi, bu il də “Azercell Könüllüləri”Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyirxah aksiyanı gerçəkləşdirib. Könüllülər “Yeni ilə könüllülərdən hədiyyələr ilə” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində xalqımızaqələbə sevincini yaşadanşəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək onların övladlarınımüxtəlif hədiyyələrlə sevindiriblər.
Qeyd edək ki, kampaniya haqqında "Azercell Könüllüləri"-nin sosial şəbəkə hesablarında öncədən məlumat verilib və təxminən bir ay ərzində təşəbbüsə qoşulan tərəfdaş şirkət və fərdi şəxslərin dəstəyilə həssas qrupa aid uşaqlar üçün hədiyyələr hazırlanıb.
“Yeni ilə könüllülərdən hədiyyələr ilə” aksiyası Azərbaycanın bir çox bölgəsini əhatə edib. Könüllülər paytaxtla yanaşı, Sumqayıt, Xocasən, Xırdalan, Saray ərazilərində yaşayan şəhid və qazi ailələrinə baş çəkiblər, Gəncə, Bərdə, Füzuli, Oğuz, Şamaxı, Lənkəran, Şirvan, Sabirabad, Mingəçevir, Qəbələ, Şəki, Goranboy və Naftalanda yaşayan uşaqları da unutmayıblar. Ümumilikdə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə müxtəlif yaş kateqoriyasından olanhəssas qrupa aid 200-ə yaxınuşağa bayram sovqatı paylanılıb.
Xatırladaq ki, ötən illərdə də bayram münasibətilə könüllülər tərəfindən oxşar kampaniyalarhəyata keçirilib. Uzun müddətdir ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirən "Azercell Könüllüləri" bu aksiyalara dəstək verən tərəfdaş şirkət və sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir, növbəti təşəbbüslərdə də hər kəsi həmrəy olmağa çağırır.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb