Yanvar ayı ərzində müvafiq güc qurumları öz nəzdlərində xidmət keçən hərbi qulluqçuların və ya müharibədə iştirak edənlərin siyahısını Nazirlər Kabinetinə göndərib razılaşdıracaqlar və onlara müharibə veteranı vəsiqəsi veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib.
Onun sözlərinə görə sonra həmin şəxslərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə yerləşdiriləcək.
"Yalnız bundan sonra həmin şəxslərə 80 manat aylıq təqaüd təyin olunacaq",-deyə nazir müavini vurğulayıb.