Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət ikinci qrup dekabrın 29-da Şuşaya yola düşüb.
YeniAvropa xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə 100-dək QHT təmsilçisi iştirak edir.
Onlar burada ermənilər tərəfindən dağıdılmış məkanları ziyarət edəcək, tarixi, dini və mədəniyyət abidələrinə baş çəkəcək, həmçinin şəhərdə görülən abadlıq və quruculuq işləri ilə yaxından tanış olacaqlar.