Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət böyük bir qrup dekabrın 28-də Şuşa şəhərinə gəlib.
YeniAvropa xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə 100-dək QHT təmsilçisi iştirak edir.
Onlar burada ermənilər tərəfindən dağıdılmış məkanları ziyarət edəcək, tarixi, dini və mədəniyyət abidələrinə baş çəkəcək, həmçinin şəhərdə görülən abadlıq və quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.