Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 27 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.