logo

QHT təmsilçilərinin Şuşaya səfəri başlayıb

09:20 28-12-2021 | icon 1596
QHT təmsilçilərinin Şuşaya səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi iştirak edir.

QHT nümayəndələri şəhərdəki Saatlı, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edəcəklər. Nümayəndə heyəti ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.

Sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Molla Pənah Vaqifin məqbərəsinə baxış keçiriləcək.

QHT təmsilçiləri Şuşa şəhərində görülən abadlıq, quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.