Qeyri-Hökumət Təşkilatları ağacəkmə kampaniyasına qoşulub
Dekabrın 27-də Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində, paytaxtın Müşfiqabad qəsəbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı növbəti ağacəkmə kampaniyası keçirilib.
YeniAvropa xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin çağırışına cavab verən 300-ə yaxın qeyri-hökumət təşkilatı tədbirdə iştirak edib.
Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək məqsədi daşıyan bu kampaniya iştirakçıları 2020-ci ilin payızında başlayan və 44 gün çəkən Vətən müharibəsindən qazanılan unudulmaz Zəfərin birinci ilinin qeyd olunduğu vaxtda bu təşəbbüsün böyük rəmzi məna daşıdığına əmindirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qəhrəmanlıq dolu 44 günü və prezident, Ali Baş Komandanın diplomatik məharəti, sərkərdəlik qabiliyyəti nəticəsində dünyanın hansı yerində olmasından asılı olmayaraq hər bir azərbaycanlıya milli qürur verən bu bir ildə insanlarımızın qəlbində göyərən fidanlar kimi, ağacların da göyərib boy atacağına əminlik var.
Ağacəkmə aksiyasında iştirak edən Prezident Administrasiyasının məsul işçisi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və digərləri jurnalistlərə müsahibələrində o ağaclardan işğaldan azad edilən ərazilərdə əkiləcəyinə və böyüyəcəyinə inandıqlarını bildiriblər.
Yüksək əhvalla başa çatan kampaniya zamanı əkilmiş 1000-ə yaxın müxtəlif növ ağaca aqrotexniki qaydada qulluq olunması üçün hər cür şəraitin yaradıldığı bildirilib.
YeniAvropa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə kampaniyasına yüksək fəallıqla qoşulan bütün tərəfdaşlara, dövlət və özəl qurumlara, media və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirib.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib