logo

Məhkəmə həyat yoldaşını qətlə yetirən qadını azadlığa buraxıldı

16:32 27-12-2021 | icon 2058
Məhkəmə həyat yoldaşını qətlə yetirən qadını azadlığa buraxıldı

Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevaya hökm oxunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, S.Babayevanın barəsində irəli sürülən Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi CM-in "Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə" maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Bildirilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.