logo

MTRŞ daha 5 kabel şəbəkə yayımçısına lisenziya verdi

15:30 27-12-2021 | icon 3479
MTRŞ daha 5 kabel şəbəkə yayımçısına lisenziya verdi

Dekabrın 27-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn formatda iclası keçirilib.

YeniAvropa Milli Televiziya və Radio Şurasının saytına istinadla xəbər verir ki, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.