logo

Qumar oyunları ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək

15:10 27-12-2021 | icon 3367
Qumar oyunları ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

YeniAvropa xəbər verir ki,  bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 27-də keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Dəyişikliyə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimələnəcək.

Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.