Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuryer şirkətlərindən birinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.