Dövlət İmtahan Mərkəzi bu gün bir neçə sınaq imtahanları keçirir
Dekabrın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sınaq imtahanları təşkil olunacaq.
DİM-dən YeniAvropa-ya bildirilib ki, sınaq imtahanları Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar, Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün keçiriləcək. Eyni zamanda, coğrafiya fənni üzrə əlavə sınaq imtahanları təşkil olunacaq.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib. İmtahan müddəti 1 saat 30 dəqiqədir. Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq. İmtahanda abituriyentlərə 30 tapşırıq:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.
Coğrafiya fənni üzrə əlavə sınaq imtahanı III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək. İmtahanın müddəti 1 saatdır. İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb