Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək layihəsi elan edir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək layihəsi elan edir.
MEDİA-dan YeniAvropa-ya bildirilib ki, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün:
– veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim olunmalıdır.
Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.
Müsabiqəyə müraciət tələb olunan sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.
Ən yuxarı göstəricili 2 (iki) məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müraciətlərin qəbulu 2022-ci il 7 yanvar saat 18:00-dək həyata keçirilir.
Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə, videotəlimata oradan baxa bilərsiniz.
Əlaqə nömrələri: 051-206-42-27; 055-749-47-04
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib