logo

 "Aztelekom"a da əcnəbi baş direktor təyin edildi

12:11 25-12-2021 | icon 3892
 "Aztelekom"a da əcnəbi baş direktor təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilib.

 YeniAvropa xəbər verir ki,  bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə əslən alman olan Klaus Müller təyinat alıb.

Qeyd edək ki, bu, Klaus Müllerin Azərbaycanda rəhbər vəzifədə ilk təyinatı deyil. O, 2016-2020-ci illərdə "Azerfon" MMC-nin baş icraçı direktoru vəzifəsində çalışıb. 

O, son illərdə “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Xatırladaq ki, 2015-çi ildə Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar "Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov da həbs edilmişdi. O vaxtdan indiyədək "Aztelekom"un baş direktoru vəzifəsi vakant hesab eduilirdi. Bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.