logo

İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiqləndi

18:58 24-12-2021 | icon 2100
İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiqləndi
Nazirlər Kabineti "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası”nı təsdiqləyib.
 
 YeniAvropa xəbər verir ki, bu barədə  müvafiq sənədi baş nazir Əli Əsədov imzalayıb.
 
Sənədə əsasən, "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilib.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qərara uyğun olaraq "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
 
Bu Qərar 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.