Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda öz əksini tapıb.
2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib.
2019-cu ildə isə bu rəqəm 2320 olub.