logo

Nəsimi rayonunda oğul anasının boğazını kəsib öldürdü

10:54 24-12-2021 | icon 1722
Nəsimi rayonunda oğul anasının boğazını kəsib öldürdü

Dekabrın 23-ü saat 13 radələrində 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Nəsimi Rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.