Bakıda mənzildə kişi meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Sabunçu rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü İsmayılov İsrail İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.