Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Bakıdakı səfirliyi Azərbaycandan olan investorlar üçün təqdimat keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Qeyd edilib ki, təqdimat mərasimində BƏƏ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Alshamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin direktoru Sənan Nəsiblinin iştirakı ediblər. iVideokonfrans şəklinəd https://www.investemirates.ae/ saytı üzərindən təşkil olunan təqdimatda investorlara təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.