Polis 43 kq narkotik maddəni dövriyyədən çıxarıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən 19 kiloqramdan artıq çəkidə narkotik vasitə və psixotrop maddə - 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 patron və sandıqça aşkar edilib.
Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər götürülüb.
Suraxanı rayonunda keçirilən əməliyyat zamanı tutulan İlkin Abışovdan isə 3 kiloqramdan artıq heroin, metamfetamin, 2500 ədəd metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkarlanıb. Həmin dörd nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarənin paytaxtda, eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan 15 nəfər, o cümlədən iki qadın saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəranda keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarənin əməkdaşları tərəfindən son on gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3118 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib