logo

ƏƏSMN-in keçmiş aparat rəhbərinin məhkəməsi başlayır 

13:43 23-12-2021 | icon 1848
ƏƏSMN-in keçmiş aparat rəhbərinin məhkəməsi başlayır 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) işi üzrə ibtidai istintaq yekunlaşıb.

YeniAvropa xəbər verir ki, yaxın günlərdə o hakim qarşısına  çıxarılacaq.

Ə.Cəbiyevin barəsindəki cinayət işi materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Cəbiyev barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.

Cəbiyev keçmiş nazir Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.