SOCAR Gürcüstandakı fəaliyyətinin 15 illiyini qeyd edir
Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda fəaliyyətə başlamasının 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
YeniAvropa SOCAR-a istinadən xəbər verir ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev, Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat naziri Natia Turnava, Tbilisi şəhərinin meri Kaxa Kaladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edənlər SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicisi olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulayıb, şirkətin həyata keçirdiyi layihələrin Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar.
Daha sonra R. Abdullayev bir neçə əməkdaşa “Fəxri neftçi” nişanı və şirkətin Fəxri fərmanlarını təqdim edib. Bir qrup əməkdaşa isə Azərbaycan və Gürcüstan arasında dostluğun möhkəmlənməsinə, gənclərin inteqrasiyasına, habelə tarixi irsin qorunub saxlanılmasına verdikləri töhfələrə görə mükafatlar təqdim olunub.
2006-cı ildə təsis olunan SOCAR-a məxsus Kulevi Neft Terminalı vasitəsilə neft məhsullarının Qərb bazarlarına nəqlini həyata keçirir. “SOCAR Energy Georgia” MMC özünün törəmə şirkətləri vasitəsilə 112 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalını istismar edir, Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkət Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanması ilə məşğuldur və yerli qaz şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkətinin göstərdiyi xidmətin əhatə etdiyi abunəçilərin sayı 2008-ci ildən bəri 78 min abunəçidən 808 min abunəçiyə qədər artıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb