Salyanda silahlı insident baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində qətl hadisəsi baş verib.
Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.
R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.