Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verilib.
YeniAvropa xəbər verir ki, general-mayor rütbəsi alanlardan biri Raul Süleyman oğlu Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir.
O, 1982-ci ildə Şəmkirdə anadan olub.
Xatırladaq ki, Azərbaycanda ən gənc general-mayor 36 yaşlı Vüqar Allahquliyev olub. O, MTN-nin Hərbi Hissə komandiri vəzifəsində çalışıb və sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısı oğlu olub.
Eldar Mahmudov vəzifədən gedəndən sonra o, işdən çıxarılıb.