logo

Vilayət Eyvazov nöqsana görə polis rəisini işdən çıxardı

11:11 23-12-2021 | icon 1778
Vilayət Eyvazov nöqsana görə polis rəisini işdən çıxardı

Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.