SOCAR Rumıniyada 67-ci yanacaqdoldurma məntəqəsini açdı
SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
YeniAvropa xəbər verir ki, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunun eyni adlı şəhərində yerləşir. Sibiu Beynəlxalq hava limanı yaxınlığında yerləşən sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə Rumıniya ərazisində açılmış 67-ci “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac, 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin eyni anda yanacaqla təmin olunmasına imkan verir. Burada “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa, məntəqə maye qaz (LPG) yanacağı ilə də təchiz edilib. Məntəqədə avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb, avtomobillərin salonlarının təmizlənməsi üçün tozsoran aparatı da qoyulub. Ənənəyə uyğun olaraq SOCAR müştəriləri və qonaqlar məntəqədə təkərlərin doldurulması, pulsuz internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən də istifadə edə bilərlər.
Məntəqə ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı da həyata keçirilməkdədir. SOCAR-ın Rumıniya üzrə bütün YDM-lərində “Azərbaycan guşəsi” yaradılmış, məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar da nümayiş etdirilir.
Hazırda Rumıniyanın 26 regionunda 67 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malik şirkət təsdiq etdiyi strateji inkişaf planına uyğun olaraq növbəti ildə də yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Qeyd edək ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb