Azərbaycanla İran arasında sayca dördüncü olmaqla 230 kilovoltluq elektrik xəttinin tikintisi yekunlaşıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda İranla elektrik enerjisinin qiymətləndirilməsi üçün son işlər görülür.
Baba Rzayevin sözlərinə görə, həmçinin Rusiya ilə də mövcud elektrik xətlərinin qiymətləndirilməsi layihəsi üzərində iş aparılır.