Bu ilin 11 ayı ərzində Avropaya 7,3 milyard kubmetr təbii qaz təchiz edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.
Nazir bildirib ki, bu rəqəm 2023-cü ilə qədər illik 11 milyard kubmetrə çatdırılacaq.