logo

Bakı Dövlət Universitetinin şöbə müdiri COVID-19-dan vəfat edib

14:24 22-12-2021 | icon 1659
Bakı Dövlət Universitetinin şöbə müdiri COVID-19-dan vəfat edib

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri , dosent Adil Xasayev vəfat edib. 

 YeniAvropa xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, 76 yaşlı müəllim COVID-19-dan dünyasını dəyişib.

A.Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

 O, 150-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifidir.

Allah rəhmət eləsin!