Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.