logo

Gədəbəydə 28 sm qar yağıb

12:12 22-12-2021 | icon 1575
Gədəbəydə 28 sm qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, gözlənildiyi kimi, dekabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində bəzi yerlərdə yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Ləzədə (Qusar) 29 mm, Göygöldə 16.0 mm, Gədəbəydə 15 mm, Qusarda, Şabranda, Xaltanda 14.0 mm, Daşkəsəndə, Qubada, Xınalıqda, Qrızda 13.0 mm , Xaçmazda 11 mm, Altıağacda, Şahdağda 10.0 mm, İvanovkada (İsmayıllı), Qəbələdə 9.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Bərdədə, İsmayıllıda, Cəfərxanda, Kişçayda (Şəki) 6.0 mm, Şərurda, Ağdamda, Şamaxıda, Qobustanda, Göyçayda, İmişlidəi, Göytəpədə, Hacıqabulda 5.0 mm, Tovuzda, Zərdabda, Şəkidə, Mingəçevirdə, Yevlaxda, Beyləqanda, Salyanda 4.0 mm, Ağdərədə, Naftalanda, Gəncədə, Sabirabadda, Neftçalada 3.0 mm, Şəmkirdə, Ağstafada, Kürdəmirdə, Ağsuda, Biləsuvarda 2.0 mm, Sədərəkdə, Balakəndə, Yardımlıda, Zaqatalada, Lerikdə 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3.0 mm, Bakıda 2.0 mm, Maştağada 2.0 mm, Neft daşları, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyüyün hündürlüyü Gədəbəydə 28 sm, Ləzə (Qusar) , Qrızda 25 sm, Daşkəsəndə 22 sm, Xınalıqda 17 sm, Qusarda 15 sm, Qusar-yasak, Göygöldə 14 sm, Xaltanda 13 sm, Sarıbaşda 9 sm, İvanovkada (İsmayıllı) 8 sm, Ağdərədədə (Ordubad) 7 sm, Altıağacda 6 sm, Qubada 5 sm, Qobustan, Şamaxıda 4sm, Şərurda 2 sm, İsmayıllı, Kişçayda (Şəki) 1 sm olub

Cənub-qərb küləyi arabir Naftalanda 26 m/s, Daşkəsəndə 23 m/s, Şəkidə 20 m/s, Yardımlı, Ağdam, Gəncədə 18 m/s, Tərtər, Astara, Xınalıq, Gəncə, Bərdədə 17 m/s, Gədəbəydə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Neft daşları, Pirallahıda 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına sasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək isti, aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-10° şaxta Naxçıvan MR-da 0-3° şaxta olub.