"Azercell Biznes" korporativ müştəriləri üçün vebinarlar təşkil edib
Hər zaman korporativ müştərilərinin inkişafına yönəlik təşəbbüsləri dəstəkləyən “Azercell Biznes” bu istiqamətdə növbəti uğurlu layihə gerçəkləşdirib. Bu dəfə “Azercell Biznes Klubu”nun üzvlərinə iki önəmli mövzu üzrə onlayn vebinarlar keçirilib.
“Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlara 100-dən çox iştirakçı qatılıb. Onlar arasında dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, kommersiya qurumları, maliyyə təşkilatlarının təmsilçiləri də olub. Vebinarlar sürətlə dəyişən müasir işgüzar aləmdə şirkətlərin effektiv liderliyi və transformasiyasına fokuslanıb.
İlk vebinar – “Liderlik” təlimində uğurlu rəhbər olmaq üçün vacib amillər, effektiv liderin əsas xüsusiyyətləri, komandanın motivasiyası və inkişafına aparan addımlardan bəhs olunub. İştirakçılara həmçinin, iş qrupunu real komandaya çevirmək texnikası, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, digər əməkdaşlarla kommunikasiyanın düzgün qurulmasına dair bilgilər verilib.
“Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzusuna həsr edilmiş vebinarda isə müştəri məmnuniyyətini qazanmağın yolları barədə məlumat təqdim olunub. Müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün zəruri olan əsas davranışlar, effektiv ünsiyyətin vacib şərtləri vurğulanıb. Müştəri məmnuniyyəti sahəsində mükəmməlliyə nail olmaq, xidmət səviyyəsini yüksəltmək, müraciətlərin cavablandırılmasına dair standartlar haqqında bilgilər də iştirakçıların diqqətinə çatdırılıb.
Online vebinarlar “Azercell Akademiyası”nın aparıcı mütəxəssisi Aynur Abbasova və Akademiyanın dəvət etdiyi təlimçi, məsləhətçi və kouç Lalə Əbdürəhmanova tərəfindən təqdim edilib. Təlimçilər mövzularla əlaqəli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Uzunmüddətli uğurlu fəaliyyət tarixinə malik “Azercell Biznes” tərəfdaşlarının inkişafını dəstəkləyən xidmətləri təqdim edir, onlara ölkənin istənilən yerindən bizneslərini effektiv və rahat şəkildə idarə etməklə müştərilərinə yüksək xidmət göstərmək imkanı yaradır. Korporativ müştərilərinin inkişafı və rəqəmsal transformasiyasına hər zaman önəm verən “Azercell Biznes” bu kimi fəaliyyətini müxtəlif istiqamətlərdə davamlı olaraq həyata keçirəcək.
“Azercell Biznes” barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate.html səhifəsinə müraciət edə və ya “Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb