Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə proqnozu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Baş İdarədən YeniAvropa-ya daxil olan müraciətdə yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaq, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etmək, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirmək və yol hərəkəti qaydalarına dəqiq riayət etmək xahiş olunur.
Bildirilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.