Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.