logo

Azərbaycanda zəlzələ oldu

09:29 22-12-2021 | icon 1652
Azərbaycanda zəlzələ oldu

Dekabrın 22-də Saatlı seysmoloji stansiyasından 21 kilometr cənub-şərqdə - Saatlı rayonunda zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:09-da qeydə alınıb.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,7-yə bərabər olub. Zəlzələ hiss olunmayıb.