Bu gün həlak olan əsgər Müşfiq üç aydan sonra tərxis olunacaqdı...
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
YeniAvropa xəbər verir ki, əsgər Müşfiq Nəsirov 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində anadan olub. Müəllim ailəsində böyüyən Müşfiq sıravi əsgər olub. O, dörduşaqlı ailənin sonbeşiyi idi. Müşfiqin özündən böyük iki bacısı, bir qardaşı var.
2020-ci ilin oktyabrında hərbi xidmətə yollanan Müşfiq 2022-ci ilin aprel ayında tərxis olunacaqdı.
Allah rəhmət eləsin!