MTN generalı iş adamına necə qızıldan “Vertu” telefonu aldırtdırıb?
Ə.Mirzəyev bildirib ki, M.Şıxəliyevin idarəsində ondan 500 min dollar alıb buraxandan sonra da general ondan əl çəkməyib. Addımbaşı təqib etdirərək gah malikanələri və restoranları üçün havayı “Slavyanka” suyu daşıtdırıb, gah qızıl korpuslu “Vertu” telefonu aldırıb.
virtualaz.org xatırladır ki, Ə.Mirzəyevi MTN-çilər əntiq əşya qaçaqmalçılığı ittihamı ilə tutublar. Həbs üçün bəhanə kimi Gürcüstandan ona göndərilmiş qızıldan keçi fiquru və qranitdən hazırlanmış balta istifadə olunub. Mirzəyevə MTN-də iki variant təklif ediblər-ya 500 min dollar verib çıxır, ya girir nazirliyin zirzəmisinə. O isə məcbur olub birinci variantı seçir, şirkətinin kassasında, evində olan bütün pullarını topladır, üstəlik bankdan kredit götürür və tələb olunan məbləği yaxınları vasitəsilə MTN-ə çatdırır. Onu barəsində şərti cəza hökmü çıxarmaq üçün məhkəməyə aparırlar, orada hakim belə hökmü çıxarmaq üçün daha 100 min dollar alır. Amma azadlığa çıxandan sonra da M.Şıxəliyev Ə.Mirzəyevdən əl çəkmir. Məsələn, günlərin birində zəng edib deyir ki, ad günüdür və ona “Stefano Ricci” mağazasından kostyum almaq lazımdır. Kostyum isə 25 min dollara idi... Canından MTN xofu çıxmamış biznesmen bu məbləği də mağazaya ödəməli olur.
Zərərçəkən deyir ki, M.Şıxəliyev 2010-cu ildən 2015-ci ilə qədər onu daim nəzarət altında saxlayıb.
“Hər an növbəti zərbə gələcəyini düşünmüşəm. Sözümüzü deməyə yer də tapmırdıq. Mövlam Şıxəliyev biləndən sonra ki, mənim Gədəbəydə su istehsalı ilə məşğul olan “Slavyanka” zavodunda payım var, yanına çağırdı. Tapşırdı ki, bütün villalarına, iş yerinə, restoranlarına gündəlik “Slavyanka” suyu göndərim. Mən də məcbur qalıb onun tələbini yerinə yetirdim. 2010-cu ildən düz 2015-ci ilə kimi hər gün onun villalarına, iş yerinə, restoranlarına “Slavyanka” suyu göndərmişəm. 1 qara qəpik belə verməyiblər. Heç suyu aparan maşının, fəhlənin pulunu da vermirdilər. Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli idim, ya da biznesimi qoyub ölkədən çıxmalı idim. Onun tələbini yerinə yetirdim, çoxlu borcum əmələ gəldi. Məcbur olub borcun yerinə “Slavyanka”dakı payımı verdim. İndi də deyirlər ki, Mövlam Şıxəliyev heç kimdən pul almayıb. Pulumuzu da alıb, malımızı da canımızı da. Hələ utanmayıb yalan da danışırlar”, - Ə.Mirzəyev bildirir. (mənbə: musavat.com)
Onun danışdıqlarından məlum olur ki, Mövlam Şıxəliyev digər zərərçəkən Hüseyn Səfərova (“Kapital Bank”ın keçmiş filial müdiri) 2 ədəd “Vertu” telefonu aldırıb. Və Ə.Mirzəyev özü də M.Şıxəliyevə qızıldan “Vertu” almalı olub. O, həmin epizodu belə nəql edir:
“Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Getdim maraqlandım, məlum oldu ki, onun istədiyi “Vertu”nun qiyməti 12 min dollardır. Əlacsız idim, kimə nə deyə bilərdim. Gedib aldım və MTN-ə getdim. Həmin “Vertu”nu Mövlam Şıxəliyevə kabinetində şəxsən özünə vermişəm. Vəkildən də xahiş edirəm, Mövlam Şıxəliyevdən həmin “Vertu”nu soruşsun. Biləcək ki, o, “Vertu” mənim puluma alınıb. Mən bunun üstündən keçəcəkdim. Necə ki, məhkəmədə demədim. Amma belə həyasızlıq olmaz. Pulumuzu da alıblar, başımıza müsibət açıblar, qanunsuz həbs ediblər, məhkum ediblər, indi də çıxıb deyir ki, belə şey olmayıb. Məhkəmədə də arsız-arsız deyir ki, baş verənlərdən harasa şikayət etmisən. Dövlətdən dövlətə şikayət edəcəkdim? Oturmuşdular elə vəzifədə ki, biz onlara şikayət etməli idik. Onlar quldurlara qarşı mübarizə aparmalı, millətin təhlükəsizliyinin keşiyində durmalı idilər. Amma tam əksinə idi. Millət üçün təhlükə, şər-böhtan mənbəyinə çevirilmişdilər. Açın İttiham Aktını, oradakı sənəd-sübutlarla diqqətlə tanış olun. Görəcəksiniz ki, bu adamlar illərlə millətin başına nə oyun açıblar”.
Yaxud digər epizodda Mövlam Şıxəliyev bu bədbəxt kafel-metlax alverçisinə zəng vuraraq ondan Bakıdakı “Qaqarin körpüsü” yaxınlığında yerləşən restoranı üçün İtaliya istehsalı olan kafel-metlax göndərməyi tələb edib.
“Özü şəxsən zəng edib, dedi ki, restorana “italyanski” kafel-metlax apar. Mağazamızda İtaliya istehsalı olan kafel-metlax yox idi. Ona görə də başqa mağazaya 40 min manat ödəyib kafel-metlax aldım, aparıb verdim”,- Mirzəyev deyir.
Ümumiyyətlə, bu MTN generalı biznes obyektləri və mülkləri, şəxsi dəbdəbəsi üçün nə lazım olubsa Mirzəyevə və digər zərərçəkənlərə aldırırmış.
“Onun Novxanıdakı imarəti var. Mənə tapşırmışdı ki, ora bitişik bağın həyətinə beton tökdürüm, üstündən də tamet vurdurum. Mən bu işləri də gördürmüşəm, 30 min manat pul xərcləmişəm. Bu illər ərzində Mövlam Şıxəliyevin sifarişlərinin yerinə yetirilməsinə xərclədiyim pulları vəkillərimlə birgə hesablayırıq. Bütün ziyanımı ondan tələb edəcəyəm. Mənə mənəvi baxımdan vurduğu ziyanın da qarşılığını alacağam”, - o bildirir.
Zərərçəkən Əhməd Mirzəyev baş prokuror Kamran Əliyev və DTX rəisi Əli Nağıyevdən xahiş edir ki, mətbuat üzərində müraciəti şikayət ərizəsi kimi əsas götürülərək yenidən araşdırılsın və yeni faktlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin. Ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib