Magistral qaz kəmərləri ilə 31 milyard 592,5 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artım müşahidə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, bu ilin 11 ayında qazın nəqlinin 50,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və 15 milyard 922,9 milyon kubmetr qaz ötürülüb.