2022-ci ildə iki Günəş və iki Ay tutulması baş verəcək
2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, ilin ilk Günəş tutulması aprelin 30-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 30-da saat 22:45-də başlayacaq və mayın 1-də saat 02.37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.
İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.
İkinci Günəş tutulması isə oktyabrın 25-də baş verəcək. Bu tutulma 2022-ci ilin ikinci qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.
Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 16-da baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq. Tutulma saat 07:29-da başlayacaq, saat 08.53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu tam Ay tutulması hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
İkinci Ay tutulması 2022-ci il noyabrın 8-də baş verəcək. Bu tutulma da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.
2022-ci ilin ikinci tam Ay tutulmasını Asiya, Avstraliya, Şimali Amerika, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə olunmayacaq. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaq.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib