logo

11 ayda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 24,1 milyon ton neft daşınıb

17:09 21-12-2021 | icon 2471
11 ayda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 24,1 milyon ton neft daşınıb

Cari ilin yanvar-noyabr ayları ərzində magistral neft kəmərləri ilə 32 milyon 53,4 min ton neft nəql edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, nəqletmənin 75,2 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu ilin 11 ayında bu kəmər vasitəsilə 24 milyon 110,2 min ton neft ötürülüb.

Hesabat dövründə BTC kəməri ilə 3 milyon 212 min ton tranzit nefti də nəql edilib.