logo

AQTA bir neçə restoranı cərimələyib

16:56 21-12-2021 | icon 2387
AQTA bir neçə restoranı cərimələyib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan YeniAvropa-ya verilən məlumat görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 20-də ölkə üzrə 398 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 39 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rauf Məhəmməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Tərlan Əliyarbəyov küç., ev 14 ünvanında yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

3. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla küç., “Metropark” ticarət mərkəzində yerləşən, fiziki şəxs Hacı Turkmen Yusuf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vidadi küç., ev 160 ünvanında yerləşən, hüquqi şəxs “Public Catering Services” MMC-yə məxsus “Double Bean” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.