Azərbaycanda məktəb direktoruna xəbərdarlıq edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, internet resurslarında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.